
Az.shafaqna.com “Al-Masirah”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı rejiminin başçılıq etdiyi ərəb koalisiyası Yəmənin paytaxtı Sənaya 6 zərbə endirib.
Zərbələr paytaxtın ən-Nəhdeyn, Nukum, əl-Həfa və Şuur rayonlarına endirilib.
Hücum zamanı ölənlərin olması barədə hələ məlumat verilməyib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası 2015-ci ildən etibarən Yəmənə qarşı işğalçı siyasət yürüdür.






























