Foto: AzerTac

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  AzərTac-a müsahibə verib.

Az.shafaqna.com xəbər verir ki, Hikmət Hacıyev müsahibəsində Azərbaycan-Gürcüstan münasibətlərinə də toxunub.

O Azərbaycan ilə Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri mövcud olduğunu qeyd edərək “Əlaqələrimiz mehriban qonşuluğun ən uğurlu modellərindən biridir və digər ölkələr üçün nümunə ola bilər. Hər iki ölkə ərazi bütövlüyünün pozulmasından əziyyət çəkir. Ölkələrimiz bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.“, – deyə bildirib.

Azərbaycan və Gürcüstanın nəhəng enerji və nəqliyyat layihələrini birgə səylərlə uğurla icra etdiyini qeyd edən  Azərbaycan Respublikası Prezidentinin köməkçisi deyib: “Biz növbəti uğur hekayəsi olan Cənub Qaz Dəhlizinin ilin sonuna qədər istismara veriləcəyini gözləyirik Şirkətlərimizin iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bir sıra yeni təklifləri var.”

Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan hakimiyyəti və Gürcüstanın hazırkı iqtidarı arasında etimada əsaslanan konstruktiv dialoq mövcuddur.

Biz istənilən məsələni açıq surətdə və dostcasına müzakirə edirik. Bu əməkdaşlıq qarşılıqlı faydalı xarakter daşıyaraq xalqlarımızın və dövlətlərimizin maraqlarına xidmət edir.“, – deyə  Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri  əlavə edib.

Sonda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bu günlərdə Ermənistana göndərilən silahların rəsmi Tbilisi tərəfindən ölkə ərazisindən tranzit kimi istifadə edilərək keçirilməsinə imkan verilməməsini yüksək dəyərləndiririk. Həm Azərbaycan, həm də Gürcüstan hakimiyyəti münasibətlərin bundan sonra daha da dərinləşdirilməsi əzmindədir.“, – deyə qeyd edib.

Müsahibənin linki