РИА Новости

Az.shafaqna.com NTV-a istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko prezident seçkilərinin yenidən keçirilməsindən imtina edib.

Biz seçkiləri keçirdik. Siz məni öldürməyincə, başqa seçkilər olmayacaq. Siz heç vaxt mənim təzyiq altında nəyisə etdiyimi görməyəcəksiniz”, – deyə o bildirib.

Lukaşenko həmçinin vəzifə səlahiyyətlərinin yenidən bölüşdürülməsini küçə aksiyaları yox, konstitusiya prosesi vasitəsi ilə həyata keçirməyə çağırıb.

O xatırladıb ki, hazırda Konstitusiyanın dəyişmə variantları üzərində iş aparılır və dəyişikliklər vəzifə səlahiyyətlərinin yenidən bölüşdürülməsini nəzərdə tutur.

Konstitusiyanı kimə gəldi vermək olmaz. Çünki fəlakət olar”, – deyə Lukaşenko qeyd edib.

O inandırıb ki, bu planda prezident səlahiyyətləri ilə bölüşməyə hazırdır.

Lakin təzyiq və ya küçə vasitəsi ilə yox”, – deyə o əlavə edib.