
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanda aktiv maaşlı ehtiyata yazılmaq istəyən şəxslərin ərizələrinin qəbulu başlayıb.
Bu haqda Gürcüstan Milli Qvardiyasının rəisi polkovnik Roman Cohadze məlumat verib.
Onun sözlərinə görə, Gürcüstan MN “Aktiv ehtiyat” proqramını davam etdirir. Bu proqramı vətəndaşların ölkənin müdafiəsindəki iştirakı və səfərbərlik resurslarının optimal istifadəsini təmin edir.
“Hazırkı mərhələdə Tbilisi, Mtsxeta, Acarıstan, Quriya, Sameqrelo – Zemo-Svaneti və Kaxetinin 18-50 yaş aralığındakı sakinləri yazıla bilərlər. Aktiv ehtiyata qəbul könüllü və maaşlıdır… Ehtiyatda olan hərbçinin minimum illik maaşı 2 700 laridir (təxminən 1485 AZN)”, – deyə Cohadze bildirib.
Aktiv ehtiyatda xidmət 5 il davam edir və ildə cəmi 45 günlük hazırlığı nəzərdə tutur, buna görə də ehtiyatda olan hərbçilər öz adi həyat tərzlərini dəyişməyə, o cümlədən də təhsil və ya işlərini davam etdirə bilərlər.
Milli Qvardiyanın rəisinin sözlərinə görə, aktiv ehtiyat xidmətini keçən tələbələr onu bitirdikdən sonra hərbi xidmətin keçilməsinə dair arayış əldə edəcəklər.
Ərizələrin qəbulu Tbilisi, Telavi, Batumi və Senakidə həyata keçiriləcək. Həmçinin istəyənlər onlayn şəkildə də qeydiyyatdan keçə bilərlər. Gürcüstan Müdafiə Nazirliyinin saytından əlavə məlumat əldə etmək olar.
“Ərazi ehtiyatına qəsdən törədilmiş cinayətə görə məhkumluq həyatı yaşayanlar, nizamla bağlı xətaya görə və hərbçinin ləyaqətini alçaldan rəftara görə hərbi xidmətdən qovulanlar, həmçinin narkoloji yoxlamaya dair arayış təqdim etməyənlər qəbul edilmir”, – deyə Cohadze əlavə edib.
Xatırladaq ki, “Aktiv ehtiyat” Gürcüstandakı hərbi xidmətin yeni növüdür.






























