
Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Rusiya Ali məhkəməsi A.U.E hərəkatınl ekstremist elan edib və onun fəaliyyətini ölkə ərazisində qadağan edib.
Xəbəri Rusiya Baş prokurorluğu da təsdiq edib.
Bildirilir ki, qərardan 14 gün içərisində şikayət verilə bilər.
Qərar Baş prokuror İqor Krasnovum müraciəti əsasında qəbul edilib.
Qeyd edək ki, A.U.E. “Məhbus Cinayət Birliyi” mənasını verir.
A.U.E. — 1998-ci ildə yaradılıb, 2000-ci ildə Rusiyada məşhurlaşıb. 2011-ci ildən indiyədək fəaliyyətini möhkəmləndirərək 12-17 yaş arası oğlanlar arasında yaradılmış qrup kimi tanınır.
























