
Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Kremlin məlumatına əsasən, əsas diqqət Liviya böhranına yönəlib, Berlin konfransının qərarı və BMT TŞ-ın müvafiq qətnaməsinə uyğun olaraq, döyüşən tərəflərin sabit atəşkəs əldə etməsi və birbaşa danışıqlara başlamadı üçün real addımların vacibliyi qeyd edilib.
Prezidentlər həmçinin terrorçuluqla mübarizədəki birgə səylərin aktivləşdirilməsinə vurğu edərək Suriyadakı vəziyyəti də müzakirə ediblər.
Putin Türkiyədəki Rusiya vətəndaşlarının sanitar-epidemioloji təhlükəsizliyinin təminatının mühümlüyünü də qeyd edib.






























