Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan XİN 16 avqustda Gürcüstandan Belarusa baş tutan reys haqda məlumat yayıb.

Qeyd edilir ki, ölkənin Belarusdakı səfiri 6 avqustdan Gürcüstanda idi. Belarusdakı hadisələrlə bağlı o, təcili şəkildə Minskə qayıtmalı olub.

İki ölkə arasında hava nəqliyyatının məhdudlaşdırıldığını və səfirin qısa zamanda Minskə getməli olduğunu nəzərə alaraq, onun hökumət təyyarəsi ilə göndərilməsi qərarı verilib.

Belarus Respublikası – Gürcüstan üçün dost dövlətdir. Bizi həm ikitərəfli formatda, həm də Şərq Həmkarlığı təşəbbüsü çərçivəsində sıx əməkdaşlıq birləşdirir.

Müvafiq olaraq, biz hadisələrin inkişafını diqqətlə izləyirik. Biz bu məsələlərlə bağlı həmkarlarımızla sıx koordinasiyadayıq.

Nəzərimizcə, Belarusdakı problemlərin sülh yolu ilə həlli vacibdir. Ümid edirik ki, Belarus xalqı özü dinc yolla öz gələcəyi üçün mühüm məsələləri həll edəcək”, – deyə Gürcüstan XİN-dən bildirilib.