
Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun diplomatik missiyası başa çatıb.
Az.shafaqna.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılır.
Prezidentin digər sərəncamı ilə Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilir.

























