SANA

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, ABŞ HHQ Qamışlı şəhərindən cənub-şərqdə yerləşə Təll-Zəhəb rayonunda Suriya ordusunun blokpostuna hava zərbəsi endirib.

Nəticədə 1 suriyalı hərbçi həlak olub, 2-si isə yaralanıb.

“Ikhbariya” kanalı bildirir ki, insident Suriya hərbçiləri “ABŞ-lı işğalçıların patrul dəstəsini buraxmaqdan imtina etdikdən sonra” baş verib.

“Al-Watan” qəzeti yazır ki, yaralı hərbçilərdən biri zabitdir. Məlumata görə, ABŞ partulu Suriya ordusunun nəzarətindəki ərazidən keçmə istəyirdi.

Vaşinqton hadisəni hələ şərh etməyib.