AFP

Az.shafaqna.com “Travel and Leisure”-yə istinadən xəbər verir ki, Dubay hava limanında koronavirusa yoluxmuş insanların müəyyən edilməsi üçün xüsusi təlim görmüş itlərdən istifadəyə başlanılıb.

Qeyd edilir ki, itlər insanlarla təmasda olmayacaq. Heyvanların yoluxmuş insanların müəyyən etməsinin dəqiqliyi 92%-dir.

Dubay hava limanı COVID-19 ilə mübarizədə bu üsuldan istifadə edən ilk hava limanıdır. Xatırladaq ki, Dubay iyul ayında öz qapılarını turistlər üçün açıb.