
Az.shafaqna.com “Reuters”-ə istinadən xəbər verir ki, Beyrutdakı hadisələrdən sonra Misir hökuməti dəniz limanlarındakı təhlükəli maddələri istifadə etməyə başlayıb.
Bu barədə Misirin maliyyə naziri Məhəmməd Maait məlumat verib.
“Beyrutda baş verən hadisə özümüzdəki vəziyyəti tədqiq etməyə məcbur etdi və artıq biz limanlardakı böyük sayda atılmış və sahibsiz təhlükəli materiallardan qurtulduq”, – deyə o bildirib.
Xatırladaq ki, 4 avqustda Livanın paytaxtı Beyrut şəhərində güclü partlayış baş verib. Buna səbəb isə 2750 ton Ammonium nitrat maddəsinin düzgün olmayan şəkildə saxlanılması olub. Nəticədə azı 170 nəfər həyatını itirib, 5 mindən çox insan yaralanıb, 300 mindən çox insan isə evsiz qalıb.






























