Jan Vašek, Pixabay

Az.shafaqna.com RİAFAN-a istinadən xəbər verir ki, MMI-kodlar smartfon sahibinə onun mobil operatorunun servis mərkəzi ilə əlaqə qurmağa imkan verir.

Bu barədə “İntellektualnıy rezerv” şirkətinin başçısı Pavel Myasoyedov məlumat verib.

Onun sözlərinə görə, hesabın balansını öyrənmək, xidmət əldə etmək, tarifi dəyişmək üçün rəqəmlər, “ulduz” və “diyezdən” ibarət koddan istifadə etmək lazımdır.

Mütəxəssis qeyd edir ki, bu cür kodların çatışmazlıqları var – telefon pis işləməyə başlayır, nəticədə də onu söndürüb yandırmaq lazım olur.

Bununla belə, kodlardan istifadə edərkən operatora zəng edərək zəng-mərkəzinin əməkdaşı ilə əlaqə qurmaq üçün növbə gözləməyə ehtiyac qalmır.

Myasoyedov deyib ki, #06# kombinasiyası ilə smartfonun IMEI kodunu öyrənmək, *##7594## ilə telefonu söndürmək olar.

Telefonu zavod quraşdırmalarına qaytarmaq üçün ##7780## kombinasiyasını, bütün SMS-lərin silinməsi üçün #5376# kodunu yığmaq lazımdır.

Bəzi kodlar universaldır, digərləri isə yalnız “Android” və IOS smartfonları üçündür.