
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Şuaxevi qəsəbəsində (Acarıstan) təqaüdçülərin pullarını daşıyan bank əməkdaşı qarət edilib.
Bu haqda Gürcüstan DİN məlumat yayıb.
Polis əməkdaşları isti izlərlə 24 və 26 yaşlı iki nəfəri oğurluq pul və silahla birlikdə tutub. Onlar qrup halında törədilən quldurluqda ittiham edilirlər.
İstintaq müəyyən edib ki, onlar bankın 64 yaşlı kassir-operatoruna hücum edib, ona fiziki güc tətbiq edib və soyuq silahla təhdid edərək təqaüdçülər üçün nəzərdə tutulmuş təxminən 7 min lari (2,3 min dollar) pulu zorla alıblar.
Bədən xəsarətləri alan bank əməkdaşı xəstəxanaya çatdırılıb.
İnsidentlə bağlı cinayət işi başladılıb. Saxlanılan şəxslər 6-9 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.






























