
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 15 nəfərdə koronavirus aşkarlanıb.
Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.
Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 1336-ya çatıb, onlardan 1088 nəfər sağalıb, 17 nəfər ölüb. Karantin rejimində 7597 vətəndaş var. Onlardan 249 nəfər həkim nəzarətindədir.






























