
Bazar günü Gürcüstanın Qərbində zəlzələ baş verib.
Zəlzələnin episentri İmeretiya reqionunun Muxura kəndi olub.
Az.shafaqna Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.
Yeraltı təkanlar gecə yerli vaxtla 02:31-də 3.2 bal gücündə olub.
Dağıntılar haqqında məlumat verilməyib.





























