
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan hökumətinin uşaqlar üçün ayırdığı yardımı almaq istəyən şəxslərin çoxluğu səbəbi ilə qeydiyyat portalı “çöküb”.
Qeyd edək ki, Gürcüstanda bu gün daxmareba.moh.gov.ge saytında ölkə ərazisində yaşayan yetkinlik yaşına çatmamış uşaqlar üçün yardımın alınmasının qeydiyyatı başlayıb. Lakin qeydiyyatdan keçmək istəyənlər saytın işləməməsi problemi ilə üzləşiblər.
“Problemlər eyni anda böyük sayda insan qeydiyyatdan keçməsi ilə bağlıdır”, – deyə Gürcüstan Səhiyyə Nazirliyindən bildirilib və əhalidən problemlə bağlı üzr istənilib.
Nazirlik valideynləri sakitləşdirərək qeyd edib ki, qeydiyyat 1 dekabradək uzadılacaq və hər kəs yardım ala biləcək.
Yardım və qeydiyyat barədə buradan məlumat ala bilərsiniz.
Qeyd edək ki, Gürcüstan hökumətinin 1 uşaq üçün nəzərdə tutduğu yardımın məbləği 200 laridir (təxminən 65 dollar).






























