Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 207 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Az.shafaqna.com xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 107 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 697 nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib, 1 904 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 041, ötən müddət ərzində isə ümumilikdə 826 043 test aparılıb.

Shafaqna Agentliyi:
Shafaqna Agentliyi:

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 92.93 faizi sağalıb. Yoluxanlardan 5.58 faiz aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların –  yəni  34 107 nəfərin 1.48 faizi (506 nəfər) dünyasını dəyişib. Son günlər Azərbaycanda koronavirusdan sağalma sayı və tempi, yoluxma sayı və tempindən daha çoxdur.