Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, məşhur aktyor Çak Norris Belarus prezidenti Aleksandr Lukaşenkoya video-müraciət edərək, onu ağladacağına dair söz verib.

Mən Saşaya (Aleksandr Lukaşenkoya – red.) bir neçə söz demək istəyərdim… Sən bilirsən ki, mən soğan doğrayan zaman, (mən yox,) soğan ağlayır. Odur ki, əgər indi etdiklərini dayandırmasan, mən sənin iqamətgahlarından birinə gəlib səni ağlamağa məcbur edəcəyəm”, – deyə aktyor bildirib.

Video “Cameo” servisi vasitəsi ilə yazılıb. Adıçəkilən servis müəyyən ödəniş müqabilində məşhurlara müxtəlif videoçarxlar çəkdirməyə imkan verir.

Xatırladaq ki, Belarusda artıq bir neçə gündür ki, 9 avqustda keçirilmiş prezident seçkilərinin nəticələrinə qarşı etiraz aksiyaları davam edir.