kremlin.ru

Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub və tərəflər Belarusdakı problemlərin tezliklə həll ediləcəyinə əminliklərini ifadə ediblər.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, Lukaşenko prezident seçkilərində sonra Belarusda yaranmış vəziyyət barədə Putini məlumatlandırıb.

Hər iki tərəf yaranan problemlərin tezliklə həll ediləcəyinə əminliklərini ifadə ediblər”, – deyə bildirilib.

Danışıq zamanı vurğulanıb ki, əsas olan – Müttəfiq dövlət çərçivəsindəki iki ölkənin qarşılıqlı əlverişli əməkdaşlığına ziyan vurmaq istəyən dağıdıcı qüvvələrin Belarusdakı problemlərdən istifadə etməməsidir.

Kremldən bildiriblər ki, Belarusiyada tutulmuş 32 Rusiya vətəndaşının vətənlərinə qaytarılması müsbət qiymətləndirilib.

Prezidentlər müxtəlif səviyyələrdə daimi əlaqələrin davamına dair razılığa gəliblər və müttəfiq münasibətlərinin möhkəmlədilməsində maraqlı olduqlarını təsdiq ediblər. Kremldən qeyd edilib ki, “bu, Rusiya və Belarusun qardaş xalqlarının əsaslı maraqlarına tam şəkildə cavab verir”.