
Az.shafaqna.com “IslamNews”-ə istinadən xəbər verir ki, gigiyena, xüsusilə də tualetlə bağlı mövzular elə də geniş işıqlandırılmır və müzakirə edilmir. Lakin zaman gedir və hər şey dəyişir. Tibb işçiləri bununla bağlı yeni araşdırmalar aparırlar; onların nəticələri göstərir ki, kişilər sağlamlıqları üçün oturaraq “kiçik bayıra” getməlidirlər. Maraqlıdır ki, alimlərin nəticələri müsəlmanların ayaqyolu ədəbi ilə tam üst-üstə düşür.
Həkimlər bildirir ki, ayaq üstündə sidiyə gedən zaman, xüsusilə də uzun fasilədən sonra, əzələlər güclü gərginlik halında olur. Bu, sidik kisəsinin tam boşalmamasına səbəb ola bilər. Belə hal tez-tez təkrarlandıqda, sağlamlıqla bağlı problemlərin, məsələn, xroniki iltihab prosesinin inkişafı ehtimalını artırır, bu isə, kişinin intim sağlamlığı üçün birbaşa təhdiddir.
Uzunsürən oturma zamanı hərəkətsizlik əlamətlərinin inkişafı ehtimalı böyükdür. Uroloq Mixail Yenikeeyev bunun profilaktikası üçün çömələrək sidiyə getməyi, həmçinin vaxtaşırı bədənin açılması hərəkətlərini və kiçik gəzintiləri məsləhət görür.
Rusiaynın “Təcrübi və kliniki urologiya” elmi jurnalında dərc edilən araşdırma göstərib ki, kişilər oturaraq ehtiyaclarını 3-5 saniyə daha tez həll edirlər.
Araşdırma üçün fərqli sidik-tənasül sistemi xəstəlikləri olan kişiləri seçən niderlandlı alimlər belə nəticəyə gəliblər ki, bu üsul prostat vəzisi ilə bağlı problemlərin qarşısını almağa kömək edir.
İsveçrəli alimlər isə belə nəticəyə gəliblər ki, o, prostat adenomasının yaranma ehtimalını nəzərəçarpacaq qədər azaldır.
Bundan başqa, oturaraq sidiyə getmək daha gigiyenikdir, çünki ayaq üstündə sidiyə gedərdək sidik damcıları şalvar və divarlara sıçrayır.






























