
Az.shafaqna.com “interpressnews”-ə istinadən xəbər verir ki, Gürcüstanda Abxaziyadakı münaqişə zamanı həlak olmuş 13 nəfərin dəfn mərasimi keçirilib.
Tədbirdə Gürcüstanın Baş naziri Giorqi Qaxariya, Tbilisi meri Kaxa Kaladze, ədliyyə naziri Tea Tsulukiani, müdafiə naziri İrakli Qaribaşvili və barışıq və vətəndaş bərəbərəliyi məsələləri üzrə dövlət naziri Teya Axvlediani iştirak ediblər.
Tea Axvlediani bildirib ki, dəfn mərasimləri həlak olanların ailələrinin istəyinə uyğun olaraq müxtəlif yerlərdə keçiriləcək.
“Abxaziya müharibəsində həlak olanların ailələrinin istəklərini nəzərə alaraq, dəfnlər fərqli məkanlarda baş tutacaq, o cümlədən də ailə məzarlıqlarında. Bu prinsiplə bu gün Diqomi məzarlığında onlardan ikisinin dəfni baş tutacaq”, – deyə o bildirib.
Sülhə alternativin olmadığını qeyd edən Axvlediani oxşar faciənin Gürcüstanda təkrarlanmamalı olduğunu deyib.
“Gürcüstan hökuməti sülhün qorunub saxlanılması və müharibə ilə parçalanmış xalqın acı taleyinin və ölkədə baş vermiş faciəvi münaqişənin ağır nəticələrinin asanlaşdırılması üçün hər şeyi edir”, – deyə gürcü nazir əlavə edib.
Xatırladaq ki, işğal altındakı Abxaziyadan kimliyi müəyyən edilmiş 13 nəfərin nəşi gətirilib.






























