
Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Rusiya COVID-19 əleyhinə vaksinin istehsalına başlayıb.
Bu haqda Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Yeni koronavirus infeksiyası olan COVID-19 əleyhinə vaksinin istehsalı başlayıb”, – deyə bildirilir.
Qeyd edək ki, daha öncə Qamaleya adına mərkəzin rəhbəri Aleksandr Qintsburq bildirib ki, rusiyalılar üçün lazım olan miqdarda vaksinin istehsalı 9-12 ay çəkə bilər.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin 11 avqustda ölkəsinin dünyada ilk COVID-19 əleyhinə vaksinin hazırladığını elan edib. Dərmana “Sputnik V” adı verilib.






























