Az.shafaqna.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarına cavab verib.

O sualların birində BƏƏ-nin İsrail ilə əlaqələrini yaxşılaşdırması və Fələstinin ilhaq planının qəbul edilməsilə bağlı suala cavabında Türkiyə – BƏƏ diplomatik əlaqələrinin dondurulmasını istisna etməyib.

Ərdoğan “Fələstinə qarşı atılan addım həzm edilən deyil. XİN rəhbərinə təlimat verdik. BƏƏ ilə diplomatic əlaqələri dondurmaq, bizim də səfirimizi geri çəkmək kimi bir addım ola bilər. Çünki biz Fələstin xalqının yanındayıq. Fələstini tək qoymaqdıq, tək qoyan da deyilik.”, -deyə bildirib.