Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, bunu turizm sahəsindəki mütəxəssis, professor Niko Kvaratsxeliya  bildirib.

O qeyd edib ki,  Avropa ölkələri ilə yolların açılması Gürcüstana turizm sahəsindəki böhrandan çıxmağa imkan verməyəcək, çünki onların payı, qonşu ölkə vətəndaşları ilə müqayisədə, həmişə az olub.

4 aylıq fasilədən sonra Gürcüstan öz sərhədlərini 5 ölkə üçün açıb: Almaniya, Fransa, Latviya, Litva və Estoniya vətəndaşları heç bir şərt olmadan ölkəyə daxil ola bilərlər.

5 ölkə Gürcüstanı turistlərlə təmin edirdi: Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya və Ukrayna. Bax, bütün turistlər və qonaqların 85-90%-i elə bu ölkələrdən gəlirdi. 5 Avropa ölkəsi ilə sərhədlərin açıq olması olduqca yaxşıdır, lakin bu, gürcü turizmi üçün bazar deyil. Əlbəttə, müəyyən qədər insan gələcək və bu, kömək olacaq, lakin bizim problemimizi həll etməyəcək. Biz deyə bilmərik ki, həmin böyük turizm Gürcüstana geri qayıdıb. Lakin müəyyən bir yüngülləşdirmə, əlbəttə ki, gətirəcək”, – deyə o bildirib.

Xatırladaq ki, Avropa İttifaqı Şurası Gürcüstanı Aİ üzvü olmayan təhlükəsiz ölkələr siyahısında saxlayıb; gürcüstanlılar bu həftə də Aİ-yə səfər edə bilərlər.

Bundan başqa, Gürcüstan vətəndaşları Finlandiya ərazisinə heç bir karantin olmadan gələ bilən 25 ölkə ölkə siyahısına daxil olub.

Qeyd edək ki, turizm sahəsi Gürcüstanın koronavirusdan ən çox ziyan görən sahələrindən biridir, çünki Gürcüstan hökuməti cari ilin mart ayından əhalini qorumaq məqsədi ilə bütün sərhədləri bağlayıb. Hazırda hökumət əsasən daxili turizmin inkişafına köklənib.