Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, həkim-diyetoloq Natalya Kruqlova axşam yeməyi zamanı yeyilməməli yeməklər barədə danışıb.

Ət (mal əti, qoyun əti) 4-5 saata həzm olunur. Bu xörək ağırdır, o, gecə ərzində orqanizmə dincəlməyə imkan verməyəcək”, – deyə o bildirib.

Həkim axşamlar yüksək kalorili və az qida lifləri olan yeyintilərdən imtina etməyi məsləhət görüb, məsələn, bişinti və tərkibində çox şəkər olan şirniyatlardan.

Diyetoloq arıqlayan insanlara yarma, makaron və kartofla şam etməyi də məsləhət görmür, çünki onların tərkibində çəki azalması prosesini çətinləşdirən nişasta (kraxmal) var.

Bundan başqa, gecə vaxtı şoraba da yemək lazım deyil, çünki o, iştahanı açır və suyu bədəndə saxlayır. Buna görə də səhər şişlərlə oyanmaq olar.

Kruqlovanın fikrincə, bitki qidaları, balıqlar, yağsız pendirlər və quş əti ilə şam etmək hamısından yaxşıdır.