
Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, “Telegram” 7 yaşı münasibəti ilə istifadəçiləri üçün videozəng funksiyasını işə salıb. Hələ ki, bu funksiya “Android” platforması üçün əlçatandır.
“Telegram”-ın 7 yaşı tamam olur. 2013-cü ildə biz təhlükəsiz xəbərləşmə üçün kiçik əlavəni işə saldıq. Bu gün biz istifadəçilərimizin tez-tez bizdən istədiyi yeniliyi – sürətli və təhlükəsiz videozəngləri təqdim etdiyimizə görə şadıq”, – deyə mesencer tərəfindən bildirilib.
Qeyd edilir ki, videozənglər hələlik “iOS” istifadəçiləri üçün əlçatan deyil, çünki “Apple Store” moderatorları proqramın yeni versiyasını hələ yoxlamayıblar.
“Telegram” gələcəkdə videozənglərə yeni funksiyalar əlavə etməyi, bir neçə ay içərisində isə qrup halında videozəngləri işə salmağı planlaşdırır.
Bundan başqa, mesencer animasiyalı emojilər toplusunu genişləndirib.




























