РИА Новости

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko ölkədəki etirazlar zamanı hüquq-mühafizə əməkdaşlarının hərəkətləri barədə danışarkən deyib ki, güc strukturu əməkdaşlarının “müəyyən tormozu olmalıdır”.

Mən bu gün kiməsə narazılığımı bildirə bilmərəm. Edə bilmərəm. Çünki özünüz hadisələrin necə inkişaf etdiyini görürsünüz. Nazir və digərlərindən xahiş edəcəyim tək şey: nə də olsa, biz hamımız slavyanıq, əgər insan yıxılıb və yerdə uzanıbsa, onu döymək lazım deyil. Yəni müəyyən tormoz olmalıdır”, – deyə o bildirib.

Xatırladaq ki, Belarusda artıq bir neçə gündür ki, 9 avqustda keçirilmiş prezident seçkilərinin nəticələrinə qarşı etiraz aksiyaları davam edir.

Rəsmi məlumatlara əsasən, aksiyalar zamanı 6,5 mindən çox insan saxlanılıb. Belarus DİN qeyd edir ki, iğtişaşlar zamanı 104 hüquq-mühafizə əməkdaşı da daxil olmaqla, yüzlərlə insan xəsarət alıb, 1 nəfər isə ölüb.