
“Peyvəndlərlə bağlı müxtəlif araşdırmalar aparılır. Bu məsələni nəzarətdə saxlayırıq.”
Az.shafaqna.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
“Bu məsələ ilə bağlı mütəxəssislərlə məlumat mübadiləsi aparılır. Sertifikatlaşdırılmış peyvənd bazara çıxarılarsa Azərbaycan Respublikası tərəfindən onun alınması, vətandaşlara çatdırılması təmin ediləcək. Bununla bağlı Operativ Qərargahın tərkibində işçi qrupu var”, -deyə Hikmət Hacıyev vurğulayıb.





























