
Az.shafaqna.com “Bloomberg”-ə istinadən xəbər verir ki, məşhur ABŞ-lı fırıldaqçı Bernard Medoffun qardaşı Piter Medoff ABŞ həbsxanasından azadlığa buraxılıb.
Bu haqda ABŞ Federal Həbsxanalar Bürosu (FHB) məlumat yayıb.
FHB rəsmisi Skott Teylor bildirib ki, 74 yaşlı Medoff 13 avqustda ev həbsindən azad edilib. Qeyd edək ki, o, 2019-ci ilin noyabrında ev həbsinə köçürülüb, bunadək isə o, cəzasını Mayamidəki federal həbsxanada çəkirdi.
2012-ci ilin dekabrında ABŞ məhkəməsi Piter Medoffu 10 il müddətinə azadlıqdan məhrum edib. Buna qədər isə o, qardaşına məxsus şirkətlərdən birində daxili nəzarət şöbəsinin başçısı olarkən baş verən maliyyə fırıldaqlarında əlinin olduğunu etiraf etmişdi.
Xatırladaq ki, “əsrin fırıldaqçısı” Bernard Medoff 2009-cu ilin iyun ayında investor və tənzimçiləri 20 il ərzində aldatdığı üçün 150 il müddətinə azadlıqdan məhrum edilib.






























