Dünyanın ən bahalı qoruyucu maskası təqdim olundu

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, üz üçün dünyanın ən bahalı qoruyucu maskası hazırda Səudiyyə Ərəbistanındakı “Riyadh Season” zərgərlik salonunda nümayiş etdirilir.

Qızıl və 3 608 ədəd qara və bəyaz brilyantlarlar bəzədilmiş həmin koronavirus maskasının qiyməti 1,5 milyon dollardır.

Maska 3 hissədən ibarətdir. Ön hissəsi – qiymətli daşlarla bəzədilmiş qapaqdır və onun çəkisi 280 qram təşkil edir. Ortada N99 maskasıdır. 3-cü qatda isə birdəfəlik filtrdir.

Qeyd edilib ki, həmin maska bu qədər bəzədilsə də, öz funksiyasını tam şəkildə yerinə yetirir.

Bildirilib ki, maskanın sifarişçisi sifariş zamanı 3 şərt səsləndirib – COVID-19 əleyhinə dünyanın ən bahalı maskası olsun, 31 dekabradək təhvil verilməlidir və sifarişçi anonim qalmalıdır.

Bu məqaləni paylaş