Foto: nashagazeta.ch

Az.shafaqna.com xəbər verir ki, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilir.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Məhərrəm ayı ilə bağlı dini inanclı vətəndaşlara müraciət edib.

O qeyd edib ki,  qarşıdan gələn Məhərrəm ayında dini ayinlərin keçirilməsi, dindar insanların hislərinə, onların inanclarına çöx böyük hörmətlə yanaşırıq. Bu ayinlər hər zaman ölkəmizdə keçirilib.

“Amma hazırda epidemoloji vəziyyəti nəzərə almalıyıq. Xüsusən digər əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən ölkələrdə dini mərasimlərin keçirilməsi ilə bağlı şərtləqi qaydaları biz öyrənirik. Bunları nəzərə alaraq qarşıdan gələn dini mərasimlər çərçivəsində kütləviliyə yol verilməməsini vətəndaşlardan xahiş edirik. Ölkəmizin din xadimləri tərəfindən də bununla bağlı insanlarımıza müraciətlər vardır, vətəndaşlarımızın bu müraciətlərə əməl edəcəyini inanırıq”, -deyə Hikmət Hacıyev əlavə edib.