
Az.shafaqna.com “NewsGeorgia”-ya istinadən xəbər verir ki, 2020-ci ilin iyul ayında elektron sistemləri vasitəsi ilə Gürcüstan banklarına xaricdən 188,7 milyon dollar göndərilib.
Bu rəqəm keçən ilin analoji dövründəki məbləğdən 22,1% (34,2 milyon dollar) çoxdur.
Bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.
İyulda Gürcüstana ən çox Avropa İttifaqı ölkələrindən pul köçürülüb – təxminən 73,8 milyon dollar (ümumi məbləğin 39,1%-i). Bu göstərici 2019-cu ilin aprel göstəricilərindən 25% çoxdur.
Əgər Avropa İttifaqının ayrı-ayrı ölkələrindən danışsaq, köçürmələrdə azalma yalnız Polşa (-11,6%) və Kiprdən (-7,43%) olan köçürmələrdə müşahidə olunub.
Ötən ilin iyul ayı ilə müqayisədə, Qazaxıstandan olan pul köçürmələrinin həcmində də 35,6%-lik azalma baş verib.
Gürcüstana iyul ayında pul köçürmələrinin həcminə görə ilk 10-luğa aşağıdakı ölkələr düşüb:
- Rusiya – 40,4 milyon dollar (2019-cu ilin aprel ayındakı məbləğdən 3,6% daha çox);
- İtaliya – 28 milyon dollardan çox (+34,37%);
- ABŞ – 22,4 milyon dollar (+40,65%);
- Yunanıstan – 20,2 milyon dollar (+19,24%);
- İsrail – 14 milyon dollardan çox (-1,93%);
- Türkiyə – 11,2 milyon dollar (+29,6%);
- Ukrayna – təxminən 9,8 milyon dollar (+147,1%);
- Almaniya – 6,9 milyon dollardan çox (+59,26%);
- Azərbaycan – 6 milyon dollardan çox (+189,6%);
- İspaniya – 4,95 milyon dollar (+9,41%).






























