
Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, uqandalı yüngül atlet Coşua Çeptegei 5000 metr məsafəyə qaçışda yeni dünya rekorduna imza atıb.
Əlamətdar hadisə Monakoda keçirilən Brilliant liqası mərhələsindəki final qaçışında baş verib.
23 yaşlı idmançı qeyd edilən məsafəni 12 dəqiqə 35,36 saniyəyə qət edib.
Xatırladaq ki, əvvəlki rekord 2004-cü ildə efiopiyalı qaçıcı Kenenisa Bekeleya məxsus idi: 12 dəqiqə 37,35 saniyə.






























