
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Yaponiyanın Baş naziri Sindzo Abe imperator Xiroxitonun 2-ci Dünya Müharibəsindən çıxmasına dair elanının 75-ci il dönümünə həsr edilmiş mərasimdə bəyan edib ki, ölkəsi hələ də pasifizm ideyasının tərəfdarıdır və problemlərin sülh yolu ilə həlli yolunu tutmağa davam edəcək.
O xatırladıb ki, keçmiş müharibədə yapon dövləti 3 milyon nəfər itki verib.
“Bu gün, müharibənin bitdiyi gündən 75 il sonra, əmin-amanlıq və bizim inkişafımızın müharibə zamanı həlak olanların verdiyi qurbanların üzərində qurulduğunu unutmuruq. Müharibədən sonra 75 ildir ki, ölkəmiz sülh yolu ilə hərəkət edir”, – deyə Abe bildirib.
Onun sözlərinə görə, Yaponiya müharibə dəhşətlərinin yenidən təkrarlanmaması üçün öz andına sadiq qalamağa davam edəcək.
Baş nazir qeyd edib ki, Yaponiya “dünya ictimaiyyəti ilə birlikdə aktiv pasifizm bayrağı altında dünyanın qarşısında duran problemlərin həllində böyük rol oynayacaq”.
Yaponiya imperatoru Naruxito da bu mərasimdə iştirak edib və ölkəsinin 2-ci Dünya Müharibəsi ilə bağlı keçmişinə görə ictimai şəkildə peşmançılığını bildirib.
Pasifizm — hətta özünə zərər vermək bahasına da olsa, zorakı müqavimət göstərməmək dərəcəsində müharibə və zorakılıq əleyhdarıdır.






























