
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 15 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər sağalıb.
Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.
Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 1321-ə çatıb, onlardan 1088 nəfər sağalıb, 17 nəfər ölüb. Karantin rejimində 7597 vətəndaş var. Onlardan 261 nəfər həkim nəzarətindədir.






























