
Az.shafanqa.com “Kremlin”-ə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin mülkiyyət və gəlirinə dair məlumatlar açıqlanıb.
Bəyannamədə onun 2019-cu ildə 9 milyon 726 min rubl (226982.18 AZN) qazandığı deyilir.
Qeyd etmək lazımdır ki, Putinin gəliri keçən illə müqayisədə 1,1 milyon rubl (25671.44 AZN) artıb.
Onun mülkiyyətinə dair siyahıda isə dəyişiklik olmayıb. Putinin adında 77 və 153,7 kvadrat metr sahələri olan mənzillər, həmçinin 18 kvadrat metr sahəsi olan qaraj var.
Bundan başqa Rusiya prezidentinin QAZ-M21 və “Niva” avtomobilləri, həmçininin “Skif” avtoqoşqusu var.
Sənədə əsasən, bütün bu obyektlər Rusiya ərazisindədir.
Xatırladaq ki, Putin 2018-ci ildə 8,6 milyon rubl qazanıb. 2017-ci ildə isə onun gəliri 18,7 milyon rubl olub ki, bu da, 2016-cı illə müqayisədə iki dəfə çox idi. O zaman Putinin mətbuat katibi Dmitriy Peskov bildirmişdi ki, onun gəlirlərinin artmasının səbəbi daşınmaz əmlakın satılmasıdır.






























