
Az.shafaqna.com “Fox News”-ə istinadən xəbər verir ki, ABŞ İrana qarşı silah embarqosunun uzadılmasına nail olmaq cəhdində məğlubiyyətə uğrayıb.
Bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O`Brayen səsləndirib.
“Biz bu gün məğlubiyyətə uğradıq, lakin bu, hələ son deyil”, – deyə o bildirib.
ABŞ-lı rəsmi Almaniya, Fransa və Böyük Britaniyanın BMT TŞ-da ABŞ-a dəstək verməkdən imtina etməsinin “məyus etsə də, təəccübləndirmədiyini” deyib.
Xatırladaq ki, 14 avqustda BMT Təhlükəsizlik Şurası ABŞ-ın İrana qarşı silah embarqosunun uzadılmasına dair qətnaməsini dəstəkləməyib.






























