
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanda valideynlər sabahdan 0-17 yaş aralığındakı uşaqlar üçün 200 lari (təxminən 110 manat) məbləğində yardımın alınmasına görə müraciət edə biləcəklər.
Qeydiyyatın aparılacağı xüsusi portalda aşağıdakı məlumatlar yerləşdirilməlidir:
- Ad, soyad, doğum tarixi, uşağın şəxsiyyət vəsiqəsinin şəxsi nömrəsi;
- Valideynin/qanuni təmsilçinin ad, soyad, şəxsi nömrəsi;
- Kommersiya bankında valideynin/qanuni təmsilçinin adına açılmış bank hesabının rekvizitləri (bank hesabının nömrəsi);
- SMS-məlumatların göndəriləcəyi mobil telefonun əlaqə nömrəsi.
Əgər Ədliyyə Nazirliyinin Servislərin İnkişafı Agentliyi uşaq və valideyn arasındakı əlaqəni təsdiq edə bilməsə, valideyn uşağın doğumuna dair şəhadətnaməni elektron portala yükləməli olacaq.
Qeydiyyatdan keçməyə dair müvafiq məlumat Gürcüstan Səhiyyə Nazirliyinin veb-saytında və elektron portalda mövcuddur: www.moh.gov.ge, daxmareba.moh.gov.ge





























