
Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Türkiyə özünün mülki gəmilərinə istənilən mümkün hücumu cavabsız saxlamayacaq.
Bunu, Aralıq dənizinin şərq hissəsindəki vəziyyəti şərh edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
O, Türkiyəyə məxsus “Oruç Reis” seysmik araşdırma gəmisinin Aralıq dənizinin şərq hissəsindəki kəşfiyyat işlərini 23 avqustadək davam etdirəcəyini qeyd edib.
Yunanıstanın Qərbi Frakiya regionunda türkiyəlilərin məzarlığının atəşə tutulmasına toxunan Ərdoğan bildirib ki, “bu, yaxşı heç nə vəd etmir”.






























