Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, ABŞ ərazisində rəsmi yaşama hüququ olmayan Gürcüstan vətəndaşları son 14 gündə Avropa, Birləşmiş Krallıq, İrlandiya, Braziliya, Çin və ya İranda olubsa, bu ölkə ərazisinə daxil ola bilməyəcəklər.

Məsələ ilə bağlı məlumat verən ABŞ-ın Gürcüstandakı səfirliyi qeyd edir ki, miqrasiya vizası ABŞ-da yaşamaq üçün qanuni hüquq sayılmır. Müvafiq olaraq da, miqrasiya vizası olan insan yuxarıda sadalanan ölkələr vasitəsi ilə ABŞ ərazisinə daxil ola bilməyəcək.

Lakin, bəzi kateqoriya əcnəbilər üçün istisnalar var, onlar arasında ailənin azyaşlı sakinləri, digər ölkə hökumətlərinin rəsmiləri və onların qohumları var.

Əlavə olaraq, ABŞ Dövlət Departamenti, milli maraqlara əsaslanaraq, Şenqen zonası ölkələri, Birləşmiş Krallıq və İrlandiyadan ABŞ-a gələn müəyyən kateqoriya şəxslər də istisna təşkil edir; onlara tələbələr, investorlar, treyderlər, akademiklər və biznesmenlərə aiddir.