
Az.shafaqna.com “OneTwoTrip”-ə istinadən xəbər verir ki, onlayn sorğuda iştirak etmiş turistlər pandemiya dövründə səyahət üçün ən təhlükəsiz hesab etdikləri nəqliyyat barədə danışıblar.
Sorğuda 1300 nəfər iştirak edib.
İnsanların 29%-i təyyarədə özlərini maksimum qorunmuş hesab edirlər. Bəlkə də, onlar təyyarənin salonunun qatardan daha asan dezinfeksiya edildiyini düşündükləri üçün belə nəticəyə gəlibər.
Pandemiya zamanı hava limanı və vağzal təhlükəsizlik baxımından eyni faizi toplayıblar – 40%. Sorğu iştirakçılarının 30%-i deyib ki, hava limanında xüsusi tədbirlər daha yaxşı gözlənilir, bir o qədər insan da dəmir yolu stansiyasında özlərini daha rahat hiss edir.
Turistlərin yarısından azı (44%) səyahət zamanı maskadan istifadəni vacib hesab edir. “Maskasız da keçinmək olar” cavabını isə sorğu iştirakçılarının 33%-i verib. Turistlərin 1/3-i “fərqi yoxdur” deyib.
Qatarla səyahət edənlərin 70%-i qeyd edib ki, bütün səyahət boyu maskada olurlar. Hər 5-ci maska rejiminə əməl etmir. Sərnişinləin 53%-i əlcək taxır, 37%-i isə buna ehtiyac duymur. Hər onuncu ətrafdakı insan sayını əsas götürür: insan nə qədər çox olarsa, bir o qədər çox həvəslə qoruyucu vasitələrdən istifadə edir.
Sosial təcridin gözlənilməsi ilə sorğu iştirakçılarının 77%-i razılaşıb. Onlar deyiblər ki, səfərlər zamanı kənar insanlarla ünsiyyətdən qaçmağa çalışırlar.






























