РИА Новости

Az.shafaqna.com NTV-a istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko tikinti sahəsinin işinə dair iclas zamanı hazırda ölkədə olduğunu təsdiq edib.

Əvvəla, mən hələ sağam və bəzi hörmətli “məlumatlılarımızın” iddia etdiyi kimi ölkədən kənarda deyiləm. Bu gün ayın 14-düdür, biz sizinlə tikinti sahəsinin işini müzakirə etmək üçün görüşürük”, – deyə Lukaşenko “Prezident ölkəni tərk edib və hazırda xaricdədir” xəbərlərinə reaksiya verib.

O, xəbərdarlıq edib ki, təsisatlardakı tətillər ölkə iqtisadiyyatına olduqca mənfi təsir göstərə bilər. Belə ki, “Belaruskaliy”, MTZ, MAZ və digər müəssisələrdəki tətillər xarici rəqiblərin xeyrinə olacaq.

Tanrıya xatir. Bu gün siz 10 traktor istehsal etməyəcəksiniz, bazarı təmin etməyəcəksiniz, sabah almanlar amerikalılarla gələcəklər, rusiyalılar öz texnikasını gətirəcəklər”, – deyə Lukaşenko bildirib.

Heç kəsin işləməyə məcbur edilməyəcəyini vurğulayan Lukaşenko deyib ki, “əgər insan işləmək istəmirsə, biz onu kəndirlə dartası deyilik”.

Xatırladaq ki, artıq bir neçə gündür ki, Belarusun müxtəlif şəhərlərində 9 avqust prezident seçkilərinin nəticələrinə qarşı etiraz aksiyaları keçirilir. Bunların fonunda şayiələr yayıldı ki, Lukaşenko ailəsi ilə birlikdə Türkiyəyə qaçıb.