
Az.shafaqna.com “1Prime.ru” saytına istinadən xəbər verir ki, “Group-IB” kompüter kriminalistikası və ziyanlı kodun araşdırılması laboratoriyasının rəhbər müavini Sergey Nikitin inkoqnito rejimi haqda danışıb.
O deyib ki, inkoqnito rejimi müəyyən cihazda istifadəçinin gizliliyini təmin etməyə imkan verir, lakin internetdə onun anonimliyinə zəmanət vermir.
Onun sözlərinə görə, konkret cihazda baxış tarixçəsinin məhv edilməsi inkoqnito rejiminin həll etdiyi əsas məsələdir.
“Beləliklə, bu rejim şəbəkədə sizin anonimliyinizi təmin etmir, daha çox sizin müəyyən cihazdakı gizliliyinizi təmin edir”, – deyə o bildirib.
Nikitin əlavə edib ki, bu rejiminin istifadəsi özünü yad və ya ictimai kompüterdən istifadə etməli olduqda doğruldur, çünki baxış tarixçəsini, avto-doldurma, cookie-faylları, əlavələrin sinxronlaşdırılması və son axtarış sorğularını yaddaşda saxlamır.





























