
Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Dağıstanda sahiblərinin göz-qulaq olmadığı inəklər üçün cərimə dayanacağı açılıb.
Meydançada çəmənin əvəzinə qazonda otlayan və ya sürücülərin hərəkətinə mane olaraq yollarda hərəkəti məhdudlaşdıran inəklər yerləşdiriləcək.
Sahibləri 2 000 rubl (təxminən 46 manat) məbləğində cəriməni ödəyərək heyvanlarını götürə biləcəklər.
Buynaksk şəhər rəhbərliyinin əməkdaşı İbrahim Murtuzəliyev deyib ki, bəzən “güzəşt edilir, endirim edilir”. Bəzən yaşlı adamlar, nənələr, təqaüdçülər olur, onlardan cərimə pulu alınmır və bu halın təkrarlanmaması xahiş edilir.
Qeyd edilir ki, əgər inək cərimə dayanacağına yenidən düşərsə, sahibi 5 min rubl (təxminən 116 manat) ödəməli olacaq.





























