Photo by Engin Akyurt from Pexels

Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Türkiyə XİN BƏƏ-nin İsraillə razılıq əldə edərək ikitərəfli münasibətləri normallaşdırmaq qərarını ikiüzlülük adlandırıb.

Regiondakı xalqların tarix və vicdanı öz kiçik maraqlarına görə Fələstin məsələsinə xəyanət edən və bunu fədakarcasına atılmış addım kimi təqdim etmək istəyən BƏƏ-nin riyakar hərəkətini unutmayacaq və heç vaxt bağışlamayacaq”, – deyə bəyanatda bildirilib.

Türkiyə XİN əlavə edib ki, BƏƏ-nin Fələstinin adından İsraillə danışıqlar aparmağa haqqı yoxdur.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp BƏƏ və İsrail arasında sülh sazişinin əldə edildiyini elan edib. Ölkə rəsmiləri yaxın həftələrdə görüşərək ikitərəfli razılığı imzalayacaqlar.