
Türkiyənin Rusiyadan aldığı “S-400” zenit raket komplekslərini başqa ölkəyə satmaq üçün hüquqi əsası yoxdur.
Az.shafaqna.com Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik bildirib.
Çelik xatırladıb ki, əvvəlcə Türkiyə ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini almaq istəyirdi, lakin “Vaşinqtondan cavab almayınca”, Ankrara məhz Rusiya istehsalı olan “S-400”-ləri aldı.
O, vurğulayıb ki, Ankara alınan sistemlərin “son istifadəçisidir”: “Əgər “F-16″ qırıcıları alıbsa, onda onu digər ölkələrə satmır, bu cür sistemlərin (S-400 – red.) satılması üçün də hüquqi əsas da yoxdur”.
Qeyd edək ki, Respublikaçı-senator Con Tyun Türkiyədən Rusiya istehsalı olan “S-400” zenit-raket komplekslərinin alınmasını təklif edib. Bunu 2021-ci il üçün milli müdafiə üçün illik büdcə ayrılmaları və xərclərinə dair qanununa (başqa adı Milli Müdafiə İcazə Aktını (NDAA)) edilən dəyişikliklər göstərir.
Senatorun təklifində Ankaranın buna dair istəyinin və Moskvanın icazəsi olmadan kompleksləri satmaq hüququnun olub-olmaması göstərilmir.
Öz növbəsində, ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin sədri Cim Riş “CAATSA” qanununa dəyişiklik edərək (Sanksiyalar yolu ilə Amerikanın düşmənlərinə qarşı mübarizə haqqında qanun) Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsini təklif edib.
“S-400 Triumf” Rusiya istehsalı olan qısamənzilli və ortamənzilli zenit raket kompleksidir. Bu sistem bütün müasir və perspektiv hava-kosmik hücum vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub.
Xatırladaq ki, Ankara və Vaşinqtonun münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı “S-400” zenit raket komplekslərinin tədarükü iyulun ortalarında başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, 2020-ci ilin aprelində “S-400” tamamilə istifadəyə veriləcək. Birləşmiş Ştatlar bu sövdələşmədən imtina etməyi və əvəzində “Patriot” komplekslərini təklif edib. Vaşinqton bu məsələ ilə bağlı Türkiyəni “F-35” tipli qırıcıların satışını gecikdirmək və ya tamamilə dayandırmaqla, həmçinin sanksiyalarla hədələyib. Ankara güzəştə getməkdən imtina edib.
Qeyd edək ki, bu il Rusiya Türkiyəyə 2,5 milyard dollar qarşılığında dörd ədəd “S-400” divizionu tədarük edib. Tərəflər arasında müqavilədə daha bir divizion komplektinin də tədarükünün ola biləcəyi müddəası yer alır.
S-400 Triumf (NATO kod adı: SA-21 Growler) və ya digər adı ilə S-300 PMU-3 Rusiyanın Almaz Mərkəzi Dizayn Bürosu tərəfindən istehsal olunan zenit raket kompleksidir. Bu sistem 2007-ci ildən bəri Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alır. S-400 sistemlərində dörd növ raketdən istifadə olunur: çox uzun mənzilli 40N6 (400 km), uzun mənzilli 48N6 (250 km), orta mənzilli 9M96 (120 km) və qısa mənzilli 9M96E (40 km) raketləri. S-400 hazırda mövcud olan hava hücumundan müdafiə (HHM) sistemləri arasında ən yaxşılardan biri hesab olunur
























