© Sputnik / Alexander Imedashvili

Az.shafaqna.com “interpressnews”-ə istinadən xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə yerləşən çörəkxanaların birində partlayış baş verib.

İnsident nəticəsində 2 nəfər xəsarət alıb.

Fövqəladə Vəziyyətlərə İdarəsi Xidmətindən bildirilib ki, partlayış dağıntılara səbəb olmayıb.

Yüngül xəsarət alanların çörəkxana işçiləri olduğu qeyd edilir, onlar xəstəxanaya çatdırılıb.