
Az.shafaqna.com “Reuters”-ə istinadən xəbər verir ki, “Apple” şirkəti məşhur “Fortnite” oyununu özünün mobil əlavələr mağazasından sildiyini bəyan edib.
Bu, oyunu hazırlayan “Epic Game” şirkətinin birbaşa ödənişlər funksiyasını qoşduqdan sonra baş verib. Səbəb isə birbaşa ödənişlərin “Apple”-nin daxili ödənişlər qaydasını pozmasıdır.
Qarşı tərəf “mobil cihazlar bazarındakı “Apple”-nin anti-rəqabət məhdudiyyətlərinin götürülməsi üçün” məhkəməyə müraciət etdiyini açıqlayıb.






























