
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 23 nəfərdə koronavirus aşkarlanıb, 17 nəfər sağalıb.
Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.
Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 1306-ə çatıb, onlardan 1085 nəfər sağalıb, 17 nəfər ölüb. Karantin rejimində 7535 vətəndaş var. Onlardan 334 nəfər həkim nəzarətindədir.
Hesablamalara görə, yoluxanların 83.08 faizi sağalıb.






























