
Az.shafaqna.com CNN-a istinadən xəbər verir ki, Rusiya koronavirus əleyhinə vaksinin hazırlanmasında ABŞ-a kömək təklif edib, lakin ABŞ tərəfi onu qəbul etməkdən imtina edib.
Bu haqda Rusiyadan olan məmurlar məlumat verib.
Rusiya ABŞ-ın vaksinin hazırlanması üçün nəzərdə tutulmuş “Supersonik sürət” layihəsi çərçivəsində “misilsiz əməkdaşlıq” təklif edib. Bununla belə, ABŞ Rusiyanın tibii tədqiqatlarını geri çevirib.
“ABŞ-ın Rusiyaya ümumi inamsızlığı hiss olunur. Biz hesab edirik ki, ABŞ vaksin, testlər və müalicə də daxil olmaqla, texnologiyaları inamsızlığa görə qəbul etmir”, – deyə yüksəkvəzifəli rusiyalı məmur bildirib.
Rusiyalı rəsmilər həmçinin qeyd ediblər ki, Moskva vaksinə dair məlumatın mübadiləsinə hazırdır. Onların sözlərinə görə, bu, ABŞ-ın əczaçılıq şirkətlərinə ABŞ ərazisində vaksin buraxmağa imkan verəcək. Bundan başqa, Rusiya vaksini ABŞ-lıların həyatlarını xilas edə bilər, Vaşinqton onu “qəbul etmək barədə yaxşı-yaxşı düşünməlidir”.
Xatırladaq ki, 11 avqustda Rusiya dünyada ilk koronavirusa qarşı vaksini qeydiyyatdan keçirib. Dərman üçün “Sputnik V” adı seçilib.






























